التالي

Seyyid Peyman & Hacı Zahir - Əzizim Hüseyn (Official Video)

0 المشاهدات· 24/09/20
Seyyid Peyman
Seyyid Peyman
مشتركين
0

Hacı Zahir & Seyyid Peyman Boradigahinin yeni ilahisi "Əzizim Hüseyn" YouTube'da yayımda.

Söz : Rza. Ə
Musiqi : Anonim
Aranj : Fariborz Xatəmi
Rejissor : Ravin Əliyev

Gözəl ayın,gözəl günü
Sənə ad qoydu Mustəfa
Dedi göydən gəlib nida
Əzizim Hüseyn,əzizim Hüseyn

Gözünü sən açan zaman
Yayılıb şadlıq aləmə
Dedi eşq ilə Fatimə
Əzizim Hüseyn,əzizim Hüseyn

Yetişibdir viladətin
Nə gözəl gündür ya Hüseyn
Sənə canım fəda Hüseyn
Əzizim Hüseyn,əzizim Hüseyn

Sənin adın gələn zaman
Sevinir,çırpınır ürək
Sənə qurban olam gərək
Əzizim Hüseyn,əzizim Hüseyn

Əzizim Hüseyn,mənim dərdimə dəvasən
Əzizim Hüseyn,mənim ömrümə səfasən
Əzizim Hüseyn,olum canına fəda mən
Əzizim Hüseyn,əzizim Hüseyn

Bu cahanı yaratdı haqq
Ki, səni səsləyək Hüseyn
Bütün ömrü deyək Hüseyn
Əzizim Hüseyn,əzizim Hüseyn

Xoş o insanın halına
Ona eşqin çatıbdır pay
Sənə dünyada yoxdur tay
Əzizim Hüseyn,əzizim Hüseyn

Səni bizdən ayırsalar,
Azalar vallah eşqimiz
Ucalıb sənlə dinimiz
Əzizim Hüseyn,əzizim Hüseyn

Min il ömr eyləsəm əgər,
Yenə səndən doyanmaram
Sənin eşqində mən varam
Əzizim Hüseyn,əzizim Hüseyn

Facebook 👇
https://www.facebook.com/peopl....e/Seyyid-Peyman-Bora

instagram 👇
https://www.instagram.com/seyyidpeymanboradigahi

Tiktok 👇
https://www.tiktok.com/@seyyid_peyman

Kanaldakı Videolar "WediaCorp Azərbaycan" Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur.
Hörmətlə: "WediaCorp Azərbaycan" Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!

#SeyyidPeymanBoradigahi #EzizimHuseyn #HaciZahir

أظهر المزيد

 0 تعليقات sort   ترتيب حسب


التالي